Əfqanıstanda iki həftə ərzində yeni hökumət qurula bilər

Əfqanıstanda hakimiyyəti hərbi yolla ələ keçirmiş “Taliban”ın rəhbəri Hibatullah Axundzadə ölkədə yeni hökumətin qurulması barədə aparılan danışıqlar prosesində iştirak edir.

Bu barədə Tass xəbər verib.

Müxtəlif qəbilə başçıları və etnik qrup liderlərinin qatılmasıyla gerçəkləşdirilən danışıqlar Qəndahar şəhərində aparılır.

Prosesin iki həftə ərzində başa çata biləcəyi və yeni hökumətin qurulacağı bildirilir.

Əvvəlki məqaləYeni bir məktəb forması almağa ehtiyac yoxdur
Növbəti məqalədəİkinci Qarabağ müharibəsində evi dağılan şəxs: “Azərbaycan vətəndaşlığından imtina edəcəm”