İsraildə koronavirusa yoluxmalarda kəskin artış baş verib

9.3 milyon əhalisi olan İsraildə koronavirusa (Covid-19) yoluxma statistikası 902 min 148-ə yüksəlib.

Bu barədə İsrail Səhiyyə Nazirliyi açıqlama yayıb. Məlumata görə, son 24 saatda 3 min 371 nəfərin koronavirus testi pozitiv çıxıb. Bu günə qədər koronavirus testi pozitiv çıxmış 7 xəstə isə həyatını itirib.

Beləliklə, ölkədə koronavirusdan həyatını itirənlərin sayı 6 min 542 nəfərə, ümumi yoluxanların sayı isə 902 min 148 nəfərə çatıb.

İsrail erkən və sürətli vaksinasiyadan sonra, yoluxmaların sayını azaltmağa nail olmuşdu. Buna görə də ölkədə tətbiq olunan karantin qaydaları qaldırılmışdı. Ancaq yoluxmaların artmasından sonra bəzi qaydalar yenidən tətbiq olunub.

Əvvəlki məqaləUEFA “Qarabağ”ın oyununda baş verənlərlə bağlı intizam işi açıb
Növbəti məqalədə“Millət vəkilinə piyada gəzməyi tövsiyə edirik” – BNA-dan Fazil Mustafaya cavab