Kriştianu Ronaldunun transfer məbləği açıqlanıb

İtaliya “Yuventus”undan İngiltərənin “Mançester Yunayted” klubuna keçən Kriştianu Ronaldunun transferinin maliyyə detalları açıqlanıb.

36 yaşlı hücumçunun transfer məbləği 15 milyon avro təşkil edib.

Məbləğ 5 il ərzində ödənilməlidir. Bundan başqa, “qırmızı şeytanlar” və Ronaldu konkret idman nailiyyətləri əldə edəcəyi təqdirdə Turin təmsilçisi üçün 8 milyon avro bonus nəzərdə tutulub.

Təcrübəli forvard “Yuventus”a 2018-ci ildə İspaniya “Real Madrid”indən keçib. O, iki dəfə A Seriyasının, bir dəfə ölkə kubokunun, iki dəfə isə superkubokun qalibi olub.

Portuqaliyalı oyunçu 3 mövsüm ərzində 133 oyuna çıxıb və 101 qola imza atıb.

Əvvəlki məqaləŞəhriyar Məmmədyarov “Aimchess USRapid” turnirinin səkkizdə bir finalına vəsiqə qazanıb
Növbəti məqalədəABŞ Əfqanıstanı tərk etdi – Taliban sülh mesajı verdi