Paralimpiya Oyunları: Azərbaycan üçüncü qızıl medalı qazandı – [yenilənib]

Bu gün Azərbaycan cüdoçuları Tokio Paralimpiya Oyunlarında mübarizəyə qoşulub.

Qadın cüdoçularımızdan Şahanə Hacıyeva (-48 kq) Viktoriya Potapovanı (Rusiya) ipponla məğlub edərək finala vəsiqə qazanıb. O, finalda Sandrin Martineni (Fransa) vaza-ari ilə məğlub edərək Azərbaycana ilk qızıl medalı qazandırıb.

Bununla da Azərbaycan medalların ümumi sayına görə 20-ci pillədə qərarlaşıb.

****

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında daha bir qızıl medalını qazanıb. Azərbaycan Milli Paralimpiya Komandasının üzgüçülük idman növü üzrə təmsilçisi Raman Saleh (S12) -100 m arxasıüstə kateqoriyasında qızıl medal qazanıb.

***

Kişilər arasında 60 kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz finaldakı Vüqar Şirinli rəqibi Anuar Sarıyevi məğlub edərək bu oyunların növbəti qızıl medalını qazanıb. 

Əvvəlki məqaləBakıda öldürülüb daha sonra yandırılan trans qadının qatili həbs edildi
Növbəti məqalədəKapitolinin yeddi polis əməkdaşı Trampı məhkəməyə verib