Sabahdan “Yeni Klinika”da canlı növbə randevu sistemi ilə əvəz ediləcək

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Məlumatda deyilir:

“COVID-19-la mübarizə tədbirləri çərçivəsində vaksinasiya prosesinin surətləndirilməsi və əlçatanlığın təmin edilməsi məqsədilə 16 iyul 2021-ci il tarixdən “Yeni Klinika” Tibb Mərkəzində canlı növbə əsasında peyvəndlənmə prosesinə başlanılıb.

Son günlər virusa yoluxma sayında artımın müşahidə edilməsi, eyni zamanda canlı növbələr zamanı yaranan sıxlıqlar nəzərə alınaraq 26.08.2021-ci il tarixdən etibarən canlı növbə randevu sistemi ilə əvəz ediləcəkdir.

26.08.2021-ci il tarixdən rendevu.its.gov.az saytına daxil olaraq öncədən qeydiyyatdan keçməklə “Yeni Klinika” Tibb Mərkəzində peyvənd olunmaq üçün (Coronovac və Pfizer) növbə götürə bilərsiniz.

Qeyd olunanları nəzərə alaraq peyvənd olunmaq üçün yalnız rendevu.its.gov.az saytından növbə götürərək tibb müəssisəsinə müraciət etməyinizi xahiş edirik”.

Əvvəlki məqaləXİN-in İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə ziyanın 2,3 milyon manatını ödəyib
Növbəti məqalədəAzərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında ilk medalını qazanıb