Avstriya əfqan qaçqınlardan imtina etdi

“Avstriya hökuməti əfqan qaçqınları qəbul etməkdən imtina edir”.

“Gazeta.ru” xəbər verir ki, bunu Avstriya Kansleri Sebastian Kurs deyib.

“Ölkəmizə heç bir əfqan qaçqın qəbul etməyəcəyik. Mən hakimiyyətdə olduğum müddətdə bu baş verməyəcək”, – deyə Kurs bildirib.

Onun sözlərinə görə, son bir neçə ildə Avstriyaya 44 mindən çox Əfqanıstan vətəndaşı gəlib. Hazırda Avstriyada dünyada böyüklüyünə görə dördüncü olan əfqan icması yaşayır.

Kurs, həmçinin qeyd edib ki, Vyana realist mövqeyə sahibdir. Belə ki, əfqanları Avstriya cəmiyyətinə inteqrasiya etmək çox çətindir.

“Bu isə onların təhsil səviyyəsi və fundamental dəyərlərindəki uyğunsuzluqlarla əlaqədardır”, – deyə Avstriya Kansleri vurğulayıb.

Əvvəlki məqalə“The New York Times”: “İran bir aydan sonra atom bombasını yarada bilər”
Növbəti məqalədəAzərbaycanın demoqrafik vəziyyəti açıqlanıb, 60 mindən çox uşaq körpə dünyaya gəlib