Azərbaycan ​2021-ci il üzrə Qlobal İnnovasiya İndeksində Ermənistandan və Gürcüstandan geri qalıb

2021-ci il üzrə Qlobal İnnovasiyalar İndeksi açıqlanıb. 

132 ölkənin yer aldığı siyahıda Azərbaycan 80-ci yeri tutub. Ötən ilə nisbətən mövqeyini 2 pillə yaxşılaşdıran Azərbaycan siyahıda Ermənistan və Gürcüstandan, eyni zamanda keçmiş Sovet İttifaqı ölkələrinin bəzilərindən geri qalır. Azərbaycan 2019-cu ildə 84-cü, 2020-ci ildə isə 82-ci pillədə qərarlaşmışdı.

2021-ci il üzrə indeksə görə, Gürcüstan 132 ölkə arasından 63-cü, Ermənistan isə 69-cu yeri tutub.

Siyahının ilk 3 sırasında isə İsveçrə, İsveç və Amerika ardıcllığı gəlir. Türkiyə 14-cü, Rusiya isə 45-ci pillədə qərarlaşıb.

Qİİ-2021 reytinqi innovasiya fəaliyyətinin potensialı, məhsuldarlığı və çərçivə şərtlərini əhatə edən 80 indikator əsasında tərtib olunub. Təhlil edilən indikatorlar geniş məlumatlar spektrini – qanuvericilik, elm və təhsildən bazarın, biznesin, infrastrukturun inkişafı məsələlərinədək və s. ehtiva edirlər. Qİİ-nin dərc olunmasında əsas məqsəd innovasiya fəaliyyətinin stimullaşdırılması mexanizmlərinin qiymətləndirilməsi imkanlarının yaradılmasıdır.

Əvvəlki məqaləOğuzda ər arvadını döyərək öldürüb
Növbəti məqalədəPolşa-Belarus sərhədində 4 cəsəd aşkar edilib, iki ölkə arasında gərginlik yaşanır