Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinə yeni rəhbər təyin edilib

Vaqif İsmayıl oğlu Sadıqov

Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri Vaqif İsmayıl oğlu Sadıqov eyni zamanda Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

İyulun 26-sı Fuad Eldar oğlu İsgəndərov Azərbaycan Respublikasının Belçika Krallığında, Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılmışdı.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalamışdı.

Əvvəlki məqaləTürkiyə daha qaçqın qəbul edə bilməyəcəyini bildirib
Növbəti məqalədəOCCRP Araşdırmaçı Jurnalistlər Birliyi Rusiyada fəaliyyətini dayandırır