Azərbaycanın demoqrafik vəziyyəti açıqlanıb, 60 mindən çox uşaq körpə dünyaya gəlib

Ölkə əhalisinin sayı ilin əvvəlindən 23 259 nəfər və ya 0,2 faiz artaraq 2021-ci il avqust ayının 1-i vəziyyətinə 10 142 392 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Bu ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 64 149 doğulan körpə qeydə alınıb.

Bildirilib ki, əhalinin hər 1000 nəfərinə bu göstərici 11,0 təşkil edib. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqları olub.

Əvvəlki məqaləAvstriya əfqan qaçqınlardan imtina etdi
Növbəti məqalədə“Azərbaycan hərbçilərini görəndə təzyiqim qalxır” – Erməni qubernator