BMT-nin sessiyasında dövlət və hökumət başçılarından COVID-19 pasportu tələb olunacaq

“Sentyabrın 21-də ABŞ-ın Nyu-York şəhərində keçiriləcək BMT Baş Assambleyasının 76-cı sessiyasında yüksək səviyyəli iclaslara qatılacaq dünya liderlərindən, hökumət başçılarından və nümayəndə heyətlərinin üzvlərindən COVID-19 pasportu tələb olunacaq”.

Bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik keçirdiyi brifinqdə bildirib.

S.Dujarrik BMT-nin əməkdaşları da daxil olmaqla, ictimaiyyət qarşısına çıxacaq, diplomatla, jurnalistlə üz -üzə olan bütün şəxslərdən COVID-19 pasportunun tələb olunacağını deyib.

Sentyabrın ilk həftəsindən etibarən Nyu-Yorkda fəaliyyət göstərən restoranlarda, otellərdə və digər ictimai yerlərdə COVID-19 pasportunun zəruri olduğunu deyən təşkilat rəsmisi qərarın təkcə BMT deyil, həm də Nyu-York ştatı rəhbərliyi tərəfindən qəbul olunduğunu vurğulayıb.

Qeyd edək ki, sessiya 27 sentyabrda yekunlaşacaq.

Əvvəlki məqaləKonfrans Liqası: “Qarabağ” bu gün “Bazel”lə qarşılaşacaq
Növbəti məqalədəErmənistandan Azərbaycan ərazisinə qanunsuz keçən iranlı sürücülər saxlanılıb