Bu gün Bakıda və Şuşada hərbçilərin yürüşləri təşkil olunacaq

Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə sentyabrın 15-i saat 10.00-da Bakı, Naxçıvan, Gəncə, Sumqayıt və Şuşa şəhərlərinin mərkəzi küçələrində “Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır” devizi altında hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bakıda keçiriləcək yürüşlərə iki istiqamətdən – Şəhidlər Xiyabanından və 28 may küçəsindəki Səməd Vurğun bağından start götürüləcək.

Əvvəlki məqaləBakının erməni-bolşevik işğalından azad olunmasından 103 il ötür
Növbəti məqalədəNaxçıvanda məktəblər açılıb