Gənc güləşçilərimiz Avropa çempionatında iki qızıl medal qazandı

Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib.

Qitə birinciliyində baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçimiz mübarizə aparıb.

Onların ikisi yeniyetmələr, ikisi isə gənclər arasında qüvvəsini sınayıb. Sevindirici haldır ki, güləşçilərimizin hamısı Avropa çempionatında fəxri kürsüyə qalxıb.

Musa Ağayev Moldova təmsilçisinə tam üstünlüklə qələbə qazanaraq Avropa çempionu olub.

Fərid Cabbarov finalda yerli idmançını məğlub edərək ölkəmizə ikinci qızıl medalı gətirib.

Hüseyn Əliyev Rumıniya güləşçisiylə gərgin mübarizə şəraitində keçən final qarşılaşmasında minimal fərqlə uduzub və nəticədə gümüş medala sahib çıxıb.

Rübail İbrahimli isə Avropa çempionatının bürünc medalını qazanıb.

Beləliklə, millimiz AÇ-də uğurlu çıxış edərək 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.

 

Əvvəlki məqaləEmin Əmrullayev: “Müəllimlərin vakansiyasının gizlədilməsi faktı az da olsa var”
Növbəti məqalədəUkraynada kiril əlifbasının əvəzinə latın qrafikası təklif olundu