İsveçrəlilər referendumda eynicinsli nikahın leqallaşdırılmasını dəstəklədilər

İsveçrə vətəndaşlarının böyük qismi, ilkin nəticələrə görə, keçirilən referendumda eynicinsli nikahların qanuniləşdirilməsini dəstəkləyib. Seçicilərin 65 faizi qərarın lehinə səs verib.

Reuters İsveçrə televiziyasına istinadən bildirir.

Yeni qanun eynicinsli cütlüklərin nikaha daxil olmalarına və övladlığa götürmələrinə icazə verəcək. Evli lezbiyan cütlüklər də süni mayalanma yolu ilə övlad sahibi ola biləcəklər. Hazırda İsveçrədə donor spermasından yalnız heteroseksual ailələr istifadə edə bilirlər.

Amnesty International insan hüquqları təşkilatı seçkilərin nəticələrini “bərabərlik yolunda bir mərhələ” adlandırıb. Sağçı İsveçrə Xalq Partiyasının nümayəndələri öz məyusluqlarını ifadə ediblər. Onların fikrincə, eynicinsli nikahların leqallaşdırılması uşaqların rifahına mənfi təsir göstərəcək.

Əvvəlki məqaləİlham Əliyev: “Ermənistan ağlını başına yığmasa yeni zərbə alacaq”
Növbəti məqalədəHollandiyanın baş nazirinə qarşı sui-qəsd və qaçırılma ehtimalına görə təhlükəsizlik tədbirləri artırılıb