Kabil aeroportunda baş vermiş insidentdə ölənlərin sayı 70 nəfərə çatıb

Əfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən Həmid Kərzay Beynəlxalq Hava Limanında baş vermiş insident nəticəsində ölənlərin sayı 70-ə çatıb.

“RİA Novosti” xəbər verir ki, aeroportda havaya atəş açılıb.

Güllələrdən bir neçəsi insanlara dəyib. Nəticədə 70 nəfər ölüb.

Onlarla şəxsin yaralandığı bildirilib.

Məlumata görə, havaya atəş açan silahlılar Pəncşir vilayətinin “Taliban”ın nəzarətinə keçməsini bayram edirmiş.

Əvvəlki məqaləAvropa İttifaqı öz ordusunu yaratmaq istiqamətində addımlar atır
Növbəti məqalədəKiyevdə 5 ölkə vətəndaşını ölümcül döyən azərbaycanlı saxlanılıb