NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə yeni xüsusi nümayəndəsi təyin olunub

İspaniyalı diplomat Xavyer Kolomina NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi təyin edilib.

Bu barədə İspaniyanın NATO-dakı nümayəndəliyinin tviter səhifəsində məlumat verilib.

X.Kolomina eyni zamanda, NATO Baş katibinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini vəzifəsini daşıyacaq.

O, bu postda Ceyms Appaturayı əvəzləyib.

Əvvəlki məqaləDövlət Komitəsinin şöbə müdiri: “Cəmiyyətdə olan patriarxal stereotiplər dəyişməlidir”
Növbəti məqalədəZaal Andronikaşvili: “Gürcüstan, məsələn, Baltikyanı ölkələrdən fərqli olaraq müstəqilliyə intellektual cəhətdən tam hazır deyildi”