“Qarabağ” – “Bazel” oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək

UEFA Konfrans Liqasının qrup mərhələsinin I turundakı “Qarabağ” – “Bazel” (İsveçrə) oyununun stadionu dəyişdirilib.

Matç daha əvvəl nəzərdə tutulduğu kimi Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməyəcək.

Qarşılaşma Bakı Olimpiya Stadionunda oynanılacaq. Buna səbəb Respublika stadionunun ot örtüyünün istənilən səviyyədə olmamasıdır.

Qeyd edək ki, sentyabrın 16-da gerçəkləşəcək “Qarabağ” – “Bazel” görüşü saat 20:45-də başlayacaq.

Əvvəlki məqaləErmənistanın keçmiş Baş prokuroru həbs edildi
Növbəti məqalədəAbşeronda sabiq məktəb direktoru 30 min manatlıq dələduzluqda ittiham olunur