Rəisi ilə Paşinyan yükdaşımaların fasiləsiz təşkilini müzakirə edib

İran Prezidenti İbrahim Rəisi sentyabrın 17-də Düşənbədə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Bu barədə Ermənistan hökumət başçısının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hökumət başçıları iki ölkə arasında müxtəlif istiqamətdə əlaqələrin dərinləşməsinə dair məsələlərdən danışıblar.

İran Prezidenti və Ermənistanın Baş naziri yükdaşımaların fasiləsiz təşkilini və Cənub Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Əvvəlki məqaləNeft Daşlarında dalğanın hündürlüyü 3,2 metrə çatıb
Növbəti məqalədəOktyabrda təhsil kreditlərinin verilməsi planlaşdırılır