Rusiyadan Azərbaycana ixrac olunan məhsullarda yoxlamalar aparılıb

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Tatarıstandakı idarəsi ölkədən ixrac olunan 55 min ton məhsulda yoxlamalar aparıb.

Bu barədə “Rosselxoznadzor” xəbər verir.

Məlumata görə, bunun 37 min tonu dənli-paxlalı bitkilər, yağlı toxumlar və texniki bitkilər, 18 min tonu isə emal olunmuş taxıl məhsulları, kənd təsərrüfatı bitkilərinin toxumları olub.

Emal olunmuş taxıl məhsulları və yem qarışıqlarının Çexiya, Polşa, Azərbaycan, Litva və Latviyya, qarabaşaq yarmasının isə Belarus, Qazaxıstan və Ermənistana göndərildiyi bildirilir.

Əvvəlki məqaləGəncə İstintaq Təcridxanasında məhbus boğazını kəsib
Növbəti məqalədəAzad edilmiş ərazilərə çəkilmiş elektrik xətləri ilə internet də ötürüləcək