Taliban BMT-yə məktub göndərib, iclaslarda iştiraklarının təmin olunmasını tələb edir

Avqustun 15-də Əfqanıstana nəzarəti ələ keçirən Taliban silahlı qruplaşması Birləşmiş Millətlər Təşkilatına (BMT) məktubla müraciət edib. 

Məktubda bildirilib ki, Taliban BMT-nin iclaslarında iştirak etmək istəyir.

Talibanın Əfqanıstanı ələ keçirməsindən sonra təyin olunan yeni xarici işlər naziri Əmir Xan Mütəqqinin BMT-yə ünvanladığı məktubda qeyd edilib ki, ümumi sessiyada ən çox müzakirə olunan mövzu Taliban olduğu üçün, onların da nümayəndəsi BMT iclaslarında iştirak edib, ittihamlara cavab verməlidir.

Taliban BMT-nin qarşısına iştirakla bağlı şərt qoyub.

Məktubda o da qeyd olunub ki, Əfqanıstanı keçmiş hökumətin BMT yanında daimi nümayəndəsi Qulam İsakzai olub, ancaq artıq o, vəzifəsindən kənarlaşdırılıb. Daimi nümayəndə kimi təşkilatın sözçülərindən Suheyl Şahini namizəd göstərilib. Taliban onun təsdiqlənməsini istəyib.

Ölkələr BMT yanında daimi nümayəndə namizədlərinin adını təşkilata göndərdikdən sonra BMT Baş Assambleyasının Akkreditasiya Komitəsi tərəfindən təsdiqlənir.

Əvvəlki məqaləKadırov Co Baydenin cinsi azlıqlarla bağlı fikirlərinə cavab verib: “Çeçenistanda cinsi azlıq yoxdur”
Növbəti məqalədəGülnarə Mehdiyeva: “8 il ərzində hansısa sığınacağın yaradıldığını görə bilmirik”