Xəlifə Həftar seçkilərdə iştirak edə bilməsi üçün bütün hərbi vəzifələrindən imtina edib

Liviyada 2020-ci il oktyabrın 20-də imzalanmış atəşkəs müqaviləsi ilə sonlanan daxili münaqişənin tərəflərindən biri olan maşral Xəlifə Həftar seçkilərdə iştirak etmək fikrinə düşüb. 

General 24 dekabrda keçiriləcək seçkilərdə iştirakının önünü açmaq üçün bütün hərbi vəzifələrindən imtina edib.

Hələlik namizədliyini rəsmən açıqlamasa da, yerli mətbuatın yazdıqlarına görə, bu qərar Həftarın seçki hazırlığı ilə bağlıdır.

Həftar 2014-cü ildə paytaxt Tripolidə qurulan hökumətə etiraz olaraq müharibə elan edib. Qətər və Türkiyənin dəstəyini alan Tripoli hökuməti ilə mübarizədə Həftara Misir, Fransa, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi ölkələr dəstək veriblər.

Türkiyə 2019-cu ildə Tripoli hökuməti ilə imzaladığı müqavilə çərçivəsində öz əsgərlərini bu ölkəyə göndərib və bununla da Xəlifə Həftarın paytaxta hücumlarının arası kəsilib. Daha sonra isə BMT-nin müdaxiləsi ilə tərəflər atəşkəs müqaviləsi imzalayıb.

Tərəflərin razılığı ilə isə 2021-ci il 24 dekabra seçkilər təyin olunub. Analitiklər düşünürlər ki, Həftarın əvvəlki gücü çox zəifləmiş olsa da, Misir və Rusiyadan yetərincə dəstək ala bilir.

Əvvəlki məqaləLitvanın Müdafiə Nazirliyi vətəndaşlara Çin istehsalı smartfonlardan imtina etməməyi tövsiyyə edib
Növbəti məqalədəTürkiyə, Azərbaycan və İran XİN başçıları Tehranda görüşlə bağlı razılığa gəliblər