Azərbaycanda 12 aylıq inflyasiya tempi 8,5 faizədək yüksəlib

“Uçot dərəcəsinə dair qərar iqtisadiyyatda təzyiqlərin qalması əsasında verilib”.

Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, dünya bazarlarında qiymətlərin artması, ticarət tərəfdaşılığı olan ölkələrdə yüksək inflyasiya gözləntilərinin olması və inflyasiya gözləntilərinin yüksəlməsi qərara təsir edib.

Elman Rüstəmovun sözlərinə görə, qərara təsir edən əsas daxili amillərə isə pul siyasətinə həsr olunmuş ötən iclasdan sonrakı dövrdə Azərbaycanda inflyasiya tempinin yüksəlməsi olub:

“Statistikaya əsasən, sentyabrda aylıq inflyasiya 1,8 faiz, 12 aylıq inflyasiya isə 8,5 faiz təşkil edib”.

Əvvəlki məqaləBelçika Konstitusiya Məhkəməsi: Kralı təhqirə görə məsuliyyət yaradan maddə ifadə azadlığına zidddir
Növbəti məqalədəİspaniyada uşaqlar üçün nəzərdə tutulan şəkər tərkibli məhsulların reklamı qadağan olunub