Fizika üzrə Nobel Mükafatı Qlobal İstiləşməni Modelləşdirməyə görə verilib

Fizika üzrə Nobel Mükafatı laureatları ABŞ-dan Şukuro Manabe və Almaniyadan Klaus Hasselman, həmçinin italyan Giorgio Parizi olublar.

İsveç Kral Elmlər Akademiyası Komitəsi Manabe və Hasselmanın Yerin iqliminin fiziki modelləşdirilməsi və qlobal istiləşmənin proqnozlaşdırılmasında əldə etdiyi uğurları qeyd edib.

Parizi isə atomlardan planet səviyyəsinə qədər – kompleks sistem elementlərinin daxili qarşılıqlı təsirinin öyrənilməsindəki uğuruna görə mükafatlandırılıb.

Alfred Nobelin vəsiyyətinə görə, Fizika Mükafatı bu sahədə “ən əhəmiyyətli kəşflərə və ya ixtiralara” görə verilməlidir.

Namizədlər İsveç Kral Elmlər Akademiyasının üzvləri, Nobel Komitəsindən müvafiq dəvətnamələr almış dünyanın hər yerindən mükafatçılar və alimlər tərəfindən irəli sürülür.

Fizika üzrə Nobel Mükafatının ilk laureatı 1901-ci ildə Vilyam Rentgen olub. O, rentgen şüalarının kəşfinə görə, bu mükafata layiq görülüb.

 

Əvvəlki məqaləFirudin Allahverdi: “Bəstəkarlar İttifaqı və Yazıçılar Birliyinin arasında çox böyük fərq var”
Növbəti məqalədəFransa kilsələrində 1950-ci ildən bəri 216 min uşaq cinsi istismara məruz qalıb