İranda qadınların kamera qarşısında yeyib-içməsinə qadağa qoyuldu

İran kamera qarşısında qadınların pizza və ya sendviç yeməsini, qırmızı rəngli içkilər içməsini və ya dəri əlcək geyməsini qadağan edəcək yeni senzura tətbiq ediləcək.

IranWire portalı bildirir ki, sözügedən qadağalar barədə İran teleradioyayım korporasiyasının PR direktoru Hüseyn Şəmşadi danışıb.

Həmçinin insanların ev şəraitində çəkilişi və kişilərin qadınlara çay süzdüyü səhnələrin də efirə verilməsinin də qadağan edildiyi bildirilir.

Əvvəlki məqaləRusiyada 3 mətbuat orqanı və 9 jurnalist “xarici agent” elan edilib
Növbəti məqalədə12 ölkə sərhədlərin “fiziki maneələrlə” gücləndirilməsi barədə Avropa İttifaqına müraciət edib