Kadırov: “Türkiyədə çeçen şeytan tapa bilmədim”

Türkiyə xüsusi xidmət orqanları Ankara və İstanbulda 2 ünvana basqın həyata keçiriblər. Əməliyyatalr nəticəsində casusluqda və xarici vətəndaşlara qarşı cinayət əməlləri törətməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb. 

Türkiyə jüquq mühafizə orqanlarından verilən məlumatlara görə, saxlanılanlar Çeçenistan əsilli Rusiya vətəndaşlarıdır.

Çeçenistan başçısı Ramzan Kadırov da məsələ ilə bağlı açıqlama verərərk deyib ki, o Türkiyədə olub, ancaq orada çeçen əsilli şeytan görməyib.

“Türkiyədə şeytanlar var dedilər, ancaq mən bunu görə bilmədim. Burada gözəl insanlar var, şeytanlar yoxdur”, – deyə Kadırov bildirib.

Ramazan Kadirov Türkiyəyə Rusiyada fəaliyyət göstərən azərbaycanlı bloqer Hüseyn Qasanovla birlikdə səfər edib.

Kremlin sözçüsü Dimitri Peskov da Türkiyədə saxlanılan 6 Rusiya vətəndaşının taleyi ilə bağlı sualı cavablandırıb.

Peskov bildirib ki, onlarda Rusiya vətəndaşlarının saxlanılması ilə bağlı məlumat yoxdur: “Əgər o saxlanılanlar həqiqətən də Rusiya vətəndaşlarıdırlarsa, diplomatik kanallardan məlumat alardıq. Hələlik belə bir məlumat yoxdur”, – deyə Kremlin sözçüsü Dimitri Peskov bildirib.

Əvvəlki məqaləProkuror Rövşən Əkbərova 11 il cəza istəyib
Növbəti məqalədəAzərbaycan MN: “Suqovuşandan Kəlbəcərə hərəkət edən mülki avtomobil karvanına atəş açılıb”