Nobel Sülh Mükafatının builki qalibləri jurnalistlər olub

Jurnalistlər Maria Ressa və Dmitri Muratov bu il Nobel Sülh Mükafatına layiq görülüblər.

Bu barədə cümə günü Osloda keçirilən mərasimdə elan edilib.

Cütlüyə “demokratiya və davamlı sülh üçün bir şərt olan ifadə azadlığını qorumaq səylərinə görə” mükafat verilib.

Filippindən olan Ressa “Duterte rejiminin mübahisəli, öldürücü narkotik əleyhinə kampaniyasına tənqidi diqqət ayırıb”, Norveç Nobel Komitəsi söyləyib.

Muratov Rusiyanın müstəqil “Novaya Qazeta” qəzetinin yaradıcılarından biri olub. Komitə nəşrin “bu gün Rusiyada iqtidara qarşı əsaslı tənqidi münasibət göstərən ən müstəqil qəzet” olduğunu söyləyib.

Əvvəlki məqaləBMT-nin hesabatında Türkiyənin Liviyaya “uşaq döyüşçü göndərdiyi” iddia edilib, Ankara iddianı yalanlayıb
Növbəti məqalədəƏrəb mediası: “İsrailə məxsus iki ədəd F-35 Azərbaycana gətirilib”