Qəhvəni masaya tökməklə başlayan rəssamlıq – Ekene Niggenin qəhvə və sudan hazırlanan əsərləri

Nigeryada bir animasiya şirkətinin rəhbəri olan 39 yaşlı Ekene Nigge dostları ilə “cappuccino” içən zaman qəhvəni yanlışlıqla masaya tökür. Masada yaranan görüntünü bəyənən Nigge bunu sənətə çevirməyi düşünür. 

“Bir səhv etdim, amma səhvimi sevdim. Rənglər çox xoşuma gəldi, bunun itməsini istəmədim”, – deyə yaratdığı əsərlərini şərh edən Nigge, studiyaya gedib, qəhvəyə su qataraq əsərlər yaratdığını bildirir.
Qəhvəni seyreltərək fərqli tonlar əldə edən sənətçi zaman-zaman əsərlərində qəhvə dənələrindən də istifadə edir.

Rəssamın bir rəsm çəkməsi iki ay çəkir. Nigge qəhvədən hazırlanan geniş əsərlər kolleksiyasına malikdir.

Kolleksiyanın bir qismini təqdim edirik:








Əvvəlki məqaləRövşən Əkbərov Nazim İbrahimova cinayət işinin açılmasını tələb edir
Növbəti məqalədəTürkmənistanda yeni qanun: Prezidentin kitabını çantalarında gəzdirməyən şagirdlər məktəbdən qovulacaqlar