Əliyev, Putin və Paşinyanın görüşü noyabrın 26-da Soçidə baş tutacaq

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan noyabrın 26-da Soçidə görüşəcək.

Bu barədə Kremlin mətbuat katibi məlumat yayıb.

Qeyd edilir ki, Putin Əliyev və Paşinyanla ayrı-ayrılıqda danışıqlar aparacaq.

Məlumata görə, Qarabağda sabitliyin möhkəmləndirilməsi və dinc həyatın bərqərar olması üçün atılacaq addımlar müəyyən ediləcək.

Əvvəlki məqaləABŞ: İŞİD üzvü “Türkiyə vasitəsilə terroru maliyyələşdirməkdə” ittiham olunur
Növbəti məqalədəBelarus Aİ sərhədindəki bəzi miqrantları ölkələrinə geri göndərdiyini elan edib