ABŞ: İŞİD üzvü “Türkiyə vasitəsilə terroru maliyyələşdirməkdə” ittiham olunur

ABŞ İŞİD terror təşkilatının Əfqanıstan qolu olan İŞİD Xorasan qrupunun tanınmış simalarına qarşı sanksiya tətbiq etmək qərarına gəlib. ABŞ Maliyyə Nazirliyi “təşkilatın xəzinədarı” kimi təsvir etdiyi İsmətullah Xalozaini Türkiyədən pul köçürmələrində ittiham edib.

Mövzu ilə bağlı Türkiyənin Maliyyə Nazirliyindən verilən açıqlamada sanksiya siyahısında olan təşkilat üzvlərindən biri İsmətullah Xalozainin İŞİD Xorasan qrupu üçün beynəlxalq maliyyə vasitəçiliyi etdiyi və İŞİD-in yüksək rütbəli liderlərinin tapşırıqlarını icra etdiyi bildirilib.

ABŞ rəsmilərinə görə, Xalozai “Türkiyədə qurulan alternativ pul köçürmə sistemi vasitəsilə son iki ildə İŞİD Xorasan qrupuna pul köçürməsini təşkil edib”.

Daha əvvəl Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə eyni məqsədlə çalışdığı iddia edilən İsmətullah Xalozai bundan əlavə Əfqanıstan və ətraf ərazilərdə “xarici döyüşçülərin tədarükündə” və insan alverində ittiham olunur.

ABŞ Dövlət Departamenti Xalozai ilə yanaşı, İŞİD Xorasan qrupu üzvləri olan Sənaullah Qafari, Sultan Əziz Əzəm və Mövlavi Rəcəbi “xüsusi olaraq təyin edilmiş qlobal terrorçular (SDGT)” siyahısına daxil edib.

Əvvəlki məqaləBir qrup jurnalist 18 gündür aclıq aksiyası edən Saleh Rüstəmovla bağlı ictimaiyyətə müraciət ünvanlayıb
Növbəti məqalədəƏliyev, Putin və Paşinyanın görüşü noyabrın 26-da Soçidə baş tutacaq