Araşdırma: Dünyada istilik ən azı 3 dəfə artıb

1983-cü ildən 2016-cı ilə qədər dünyada istilərə məruz qalma 3 dəfə artıb.

Bu barədə “Associated Press” Kolumbiya Universitetində əhali və istiliklə bağlı aparılmış araşdırmaların nəticələrinə istinadən yazıb.

Araşdırmada bildirilir ki, hər kəsin əvvəlkindən daha çox istiyə məruz qalmasına səbəb insan sayının çoxalmasıdır.

Araşdırmada qeyd olunub ki, qlobal istiləşmənin artması gündəlik istilik ortalamasının yüksələrək təhlükəli həddə çatmasına səbəb olub. Bildirilib ki, bu da dərinin tökülməsi və günvurma kimi problemlərə səbəb olur.

Avropa Birliyi tərəfindən hazırlanan hesabatda isə qeyd olunub ki, 13 min 115 şəhərdə istilik ölçülüb və məlum olub ki, şəhərlərin böyük əksəriyyətində temperatur artıb. Bu artım əsasən Cənubi Asiyada qeydə alınıb.

Araşdırmada qeyd olunub ki, dünyanın istiliyini sənayedən əvvəlki səviyyəyə (1,5 selsi) gətirməyə çalışan ölkə idarəçiləri “qlobal istiləşmə” ilə bağlı geniş məlumatların işığında daha düşünülmüş qərarlar verə bilərlər.

Əvvəlki məqaləBritaniya parlamenti də “erməni soyqırımı”nı tanıya bilər
Növbəti məqalədəSon bir ildə 300 min əfqan ölkəni tərk edib