Azərbaycanda icbari tibbi sığorta sahəsində hansı problemlər var?


Uzun illərdir Azərbaycan hökuməti səhiyyə sistemində islahatların aparılması istiqamətində atılan müxtəlif addımlardan danışır. Bu yöndə əsas müzakirə mövzusu isə ölkədə icbari sığorta sistemin tətbiqidir. Bu il aprelin 1-dən etibarən bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Artıq digər şəhər və rayonlarla yanaşı, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali də icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən istifadə etmək imkanı qazanıb. Ancaq digər sahələrdə olduğu kimi icbari tibbi sığorta sisteminin tətbiqində də problemlər müşahidə edilməkdədir. Vətəndaşlar onlara düşən icbari tibbi sığortadan istifadədə ciddi problemlərlə üzləşir, get-gəllərdən bezərək nəhayət bu xidmətdən imtina etməli olurlar.

Halbuki Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində bu problemlər böyük ölçüdə öz həllini tapmalı idi.

Konsepsiyada deyilirdi ki, İcbari tibbi sığortaya keçid tam təmin ediləcək və onun əsasında tibbi yardımın keyfiyyətinə, pasiyentlərin hüquqlarının qorunmasına nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə şərait yaradılacaq.

Qeyd edək ki, Abzas media olaraq mövzu ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə, Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Xidmətinə sorğular ünvanlasaq da, yalnız sonuncu qurum suallarımızı cavablandırıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Xidmətinin sorğumuza verdiyi cavabdan belə məlum olub ki, Azərbaycanda icbari tibbi sığortanın təminatı 2020-ci ilə qədər tam şəkildə mümkün olmayıb. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 aprel tarixli 136 nömrəli Qərarına uyğun olaraq  icbari tibbi sığorta ölkə ərazisində 3 mərhələdə tətbiq olunub. birinci mərhələdə, 2020-ci il 1 yanvar tarixindən etibarən icbari tibbi sığorta Naxçıvan Muxtar Respublikasında və 23 şəhər və rayonda, İkinci mərhələdə, 2021-ci 1 yanvar tarixindən ölkənin daha 36 şəhər və rayonda, Üçüncü mərhələdə, 1 aprel 2021-ci il tarixindən etibarən isə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən istifadə edir.

AbzasMedia məsələ ilə bağlı ekspertlərin də mövqeyini öyrəmnib. Daha ətraflı videosüjetdə.

Əvvəlki məqaləSoçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü başlayıb
Növbəti məqalədəAzərbaycan, Rusiya və Ermənistan liderləri mətbuata bəyanatla çıxış ediblər