Britaniya parlamenti də “erməni soyqırımı”nı tanıya bilər

Böyük Britaniyanın İcmalar Palatası qondarma “erməni soyqırımı” qanun layihəsini ilk oxunuşda qəbul edib.

9 noyabrda səsverməyə qoyulan layihə yekdilliklə qəbul edilib. Bildirilib ki, qanun layihəsi ilə bağlı növbəti müzakirələr və səsvermə 18 mart 2022-ci ildə baş tutacaq.

Qanun layihəsində 3 əsas müddəa var: birincisi, 1915-1923-cü illərdə Osmanlı İmperiyasında və ona bitişik ərazilərdə ermənilərə qarşı törədilmiş kütləvi “qırğınların” rəsmən soyqırım kimi tanınması. İkincisi, soyqırım qurbanlarının, o cümlədən erməni xalqının xatirəsinin hər il yad edilməsi. Üçüncüsü isə, “erməni soyqırımı” ilə əlaqəli şəxslərlə bağlı ictimaiyyəti məlumatlandırmaq.

Bu günə qədər Almaniya, Brazilya, Fransa və İtalya və sairə ölkələrin rəhbərləri kimi Amerika rəhbərləri də bu məsələ ətrafında danışarkən “faciə” sözündən istifadə edirdilər. Ancaq bu il aprelin 14-də Amerikanın yeni prezidenti Co Bayden “soyqırım” ifadəsini işlətmişdi, bu isə Türkiyə ilə Amerika arasında diplomatik gərginliyə səbəb olmuşdu.

Britaniyada bu layihəni hazırlayan siyasətçi Tim Lotton bildirib ki, artıq 31 ölkə “soyqırım” aktını tanıyır və Britaniyada da tanımalıdır. Bu, keçmişdə olan cinayətlərlə bağlı ciddi mesaj olacaq.

Əvvəlki məqaləSaakaşvili aclığı dayandırır: “Təhlükədəyəm, xəstəxana Rusiyanın xüsusi təyinatlılarından bir neçə kilometr aralıdadır”
Növbəti məqalədəAraşdırma: Dünyada istilik ən azı 3 dəfə artıb