Dağlıq Qarabağda rus sülhməramlıya abidə qoyulub

Noyabrın 10-da Xankəndi yaxınlığında Rusiya hərbi şəhərciyinin ərazisində sülhməramlı abidəsinin açılış mərasimi keçirilib.

Tədbir Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağa yeridilməsinin birinci ildönümünə həsr olunub. Bu barədə Rusiya Müdafiə Nazirliyinin  məlumatında deyilir.

Mərasimdə Cənub Hərbi Dairəsi qoşunlarının komandan müavini, general-leytenant Rüstəm Muradov və Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin komandanı Gennadi Anaşkin iştirak ediblər.

Bürünc abidədə ona gül verən qızı qucaqlayan avtomatlı sülhməramlı təsvir edilir. “Abidənin prototipi sülhməramlı missiyanın real iştirakçısıdır”, məlumatda deyilir.

MƏNBƏTuran
Əvvəlki məqaləTBMM türk hərbçilərinin daha bir il Azərbaycanda qalması ilə bağlı təklifi qəbul edib
Növbəti məqalədəİrana casusluqda ittiham edilən ilahiyyatçının porno-şantajla məşğul olduğu iddia edilib