DSX-nin Akademiyasının kursantı intihar edib, cinayət işi açılıb

Noyabr ayının 17-də saat 21:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının 2-ci kursunda təhsil alan kursant, 2003-cü il təvəllüdlü Nəbiyev Telman Elman oğlu naməlum səbəbdən özünü asaraq intihar edib.

Bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, faktla bağlı Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq aparılır.

Əvvəlki məqalə“Azəristiliktəhcizat” 79 min manat vergi borcu olan şirkətə tender verib
Növbəti məqalədəBu gün şahmat üzrə Avropa çempionatı çərçivəsində Azərbaycan və Ermənistan komandaları üz-üzə gələcəklər