İlham Əliyev dekabrın 15-də Brüsseldə Nikol Paşinyanla görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel ilə telefon danışığından sonra dekabrın 15-də Aİ -Şərq Tərəfdaşlığı sammiti  çərçivəsində Brüsseldə görüşün keçirilməsi barədə razılığa gəliblər. Bu barədə  Aİ-nin noyabrın 19-da yayımladığı bəyanatında deyilir.

“Avropa Şurasının rəhbəri Şarl Mişel Aİ-Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsini təklif edib.

Liderlər regional vəziyyəti və gərginliyin aradan qaldırılması yollarını müzakirə etmək üçün Brüsseldə görüş keçirmək barədə razılığa gəliblər. Telefon danışıqları zamanı Ermənistan və Azərbaycan liderləri həmçinin insidentlərin qarşısının alınması mexanizmi kimi xidmət etmək üçün müvafiq müdafiə nazirləri səviyyəsində birbaşa rabitə xəttinin yaradılması barədə razılığa gəliblər”, – sənəddə deyilir.

Əvvəlki məqaləAvropa İnsan Haqları Məhkəməsi Eldar Həsənovun işi ilə bağlı yeni qərar qəbul edib
Növbəti məqalədəAzərbaycanın şahmat yığması Avropa çempionatının bürünc medalını qazanıb