Şantaj işi: “Kərim Benzema 1 il azadlıqdan şərti məhrumetmə cəzasına məhkum edilib”

İspaniyanın “Real Madrid” komandasının futbolçusu Kərim Benzema 1 il azadlıqdan şərti məhrumetmə cəzası alıb. 

Buna səbəb onun hazırda Yunanıstan “Olimpiakos”unda çıxış edən Matyo Valbuenanın şantaj olunması işində günahkar bilinməsidir. Məhkəmə Benzemanı 1 illik həbslə yanaşı, 75 min avro cərimə ilə də cəzalandırıb.

Ancaq ittiham tərəfi futbolçunun 10 ay həbs olunmasını istəyirdi.

Futbolçu yoldaşını seks kaseti ilə şantaj etməkdə ittiham olunaraq mühakimə edilən Benzemanın vəkili Antoine Vey deyib ki, onlar bu qərardan narazıdırlar və işi növbəti instansiya məhkəmələrinə daşıyıb etiaz edəcəklər.

Qalmaqal üzündən hər iki futbolçu 2016-cı il Avropa çempionatında Fransa millisindən kənarlaşdırılıb. Ancaq bundan sonra Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qrat deyib ki, hətta məhkəmə Benzemanı mühakimə etsə belə, Benzema milli komandada oynamağa davam edəcək.

Əvvəlki məqaləAMEA-nın baş hüquqşünası “Tərtər işi” haqqında məqalənin müəllifini məhkəməyə verib
Növbəti məqalədəƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qazilərlə birlikdə avtoyürüş keçirir