Azərbaycanın hərbi qulluqçusu həlak olub

Azərbaycan ordusunun hərbi qulluqçusu gizir Hüseynov Şahin Şəmisəddin oğlu məzuniyyətdə olarkən bədbəxt hadisə nəticəsində – qayadan yıxılaraq həlak olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Əvvəlki məqaləTofiq Yaqublu Səbail Rayon Prokurorluğundadır, işgəncələrlə bağlı ifadə verəcək
Növbəti məqalədəMilli Məclis “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliyi qəbul edib, rüsumlar artırılır