Çinin prezidenti Si Cinpin “dinin çinləşdirilməsi” ilə bağlı çağırış edib

Çin prezidenti Si Cinpin ölkədəki dini inancların “çinləşdirilməsinə” və sosial birliyə nail olmaq üçün onlardan səmərəli istifadə edilməsinə çağırış edib. 

Pekində keçirilən Dini İşlər üzrə İşçi Konfransda çıxış edən Si vurğulayıb ki, ölkədəki dini inanclar sosialist cəmiyyətinə uyğunlaşdırılaraq effektiv şəkildə idarə olunmalıdır.

Si bildirib ki, “çinləşdirmək” dedikdə dini sektorun vətənpərvətliyinin və milli mənsubiyyətinə sadiqliyinin artırılması nəzərdə tutulur.

“Biz Çin xüsusiyyətlərinə malik sosialist dini nəzəriyyələri dəstəkləməli və inkişaf etdirməliyik. Dinin çinləşdirilməsinə uyğun olaraq, böyük dini kütlələrin partiya və hökumət ətrafında birləşməsində israrlıyıq. Effektiv və sağlam əlaqələr qurmalıyıq”, – deyə o, bildirib. 

Prezident əlavə edib ki, Çin hökuməti “dinin çinləşdirilməsi” istiqamətində addımlara davam edəcək və bunu insanların dini inanclarına hörmək edərək təşkil ecəcək. 

Əvvəlki məqaləSaakaşvili azərbaycanlılara məktub yazaraq dəstək aksiyalarında iştirak etdikləri üçün təşəkkür edib
Növbəti məqalədəBelarus Ukraynanın hərbi attaşesinə etiraz notası təqdim edib