“FARC” terror təşkilatları siyahısından çıxarılıb

Kolumbiya hökuməti ilə Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələri (FARC) arasında imzalanan sülh sazişinin 5-ci ildönümündə ABŞ FARC-nin “terror təşkilatları siyahısı”ndan çıxarıldığını açıqlayıb.

ABŞ dövlət katibi Entoni Blinkenin verdiyi açıqlamada FARC-nin artıq terrorla əlaqəli vahid təşkilat olmadığı və ABŞ-ın “xarici terror təşkilatları” siyahısından çıxarıldığı bildirilib. “Bu qərar ABŞ daxilində FARC-nin keçmiş liderlərinə qarşı narkotik alveri də daxil olmaqla hər hansı cari və ya potensial ittihamlarla bağlı mövqeyimizi dəyişmir”, – Blinken bildirib.

Blinken deyib ki, FARC-nin “terror təşkilatları siyahısı”ndan çıxarılmasına dair addım ABŞ-ın sülh sazişinin həyata keçirilməsinə dəstək verməsini asanlaşdıracaq.

Əvvəlki məqaləMilli Məclis “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliyi qəbul edib, rüsumlar artırılır
Növbəti məqalədəXocavənddə Azərbaycan hərbi qulluqçusu erməni əsilli şəxsin hücumuna məruz qalıb