İtaliyada 100 min qadın zorakılığa qarşı yürüş edib

İtaliyada minlərlə insan qadınlara qarşı zorakılığa etiraz olaraq meydanlara çıxıb.

Non Una di Meno (Başqa Qadını İtirməyək) adlı vətəndaş təşəbbüsünün təşkilatçılığı ilə həyata keçirilən yürüş paytaxt Romanın ən gur meydanlarından biri olan Repubblicada başlayıb və San Giovanni Meydanına qədər davam edib.

“Yaşamaq istəyirik”

Yürüş zamanı qadınlara qarşı zorakılığa etiraz edilib, hökumətdən qadınların daha yaxşı müdafiəsi üçün addımlar atması tələb olunub.

Etirazçılar əllərindəki zəngləri çalaraq tez-tez “Yaşamaq istəyirik” şüarları səsləndiriblər. Yürüş iştirakçıları həmçinin bildiriblər ki, Covid-19 epidemiyası zamanı evdə qadınlara qarşı zorakılıq artıb.

100 min insan qatılıb

Kortecin son hissəsində nümayişçilər hava qaralan kimi özləri ilə gətirdikləri şamları yandırıblar. Təşkilatçıların məlumatına görə, yürüşdə iştirak edənlərin sayı 100 minə çatıb.

103 qadın qətlə yetirilib

İtaliya polisinin illik hesabatına əsasən, ölkədə ilin əvvəlindən noyabrın 7-dək 103 qadın qətli törədilib. Qeyd olunub ki, 103 qətl hadisəsindən 87-si məişət zorakılığı və ya ortaq zorakılıq nəticəsində baş verib.

Əvvəlki məqaləBritaniya səfirliyi dekabrın 1-də baş tutan aksiyanın xüsusi amansızlıqla dağıdılmasına münasibət bildirib
Növbəti məqalədəAvropa Şurası toplaşmaq azadlığı ilə bağlı Azərbaycana çağırış edib