Putini xainlikdə ittiham edən keşiş 3 il yarım azadlıqdan məhrum edilib

Rusiya prezidenti Vladimir Putini xainlikdə ittiham edən, koronavirus (Covid-19) epidemiyasının yalan olduğunu deyən rus keşiş 3,5 il azadlıqdan məhrum edilib. 

Epidemiyanın geniş yayıldığı dövlərdə o sosial şəbəkələrdə izləyicilərinə cirusun ümumiyyətlə olmadığını, bu qapanma qərarlarının da şeytan hökumətlərə aid olduğunu bildirib.

Sergiy 2020-ci ilin dekabrında “öz tərəfdarlarını Rusiya naminə ölümə və intihara təhrik etmək” və moizələrində “vicdan azadlığını” pozmaq ittihamı ilə saxlanılıb.

İsmayılovo Rayon Məhkəməsi rahib Sergiyi “intihara təhrik”də təqsirli bilib və 3,5 il müddətinə azadlıqdan məhrum edib. Təqsirləndirilən şəxsin vəkilləri məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini açıqlayıblar.

Sovet Sosialist Respublikalar İttifaqı (SSRİ) dövründə polis işləyən Sergiy çıxışları zamanı Putini vətənə xəyanətdə ittiham edib, Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill və digər yüksək rütbəli din xadimlərini isə ölkədən “qovulmalı olan kafirlər” adlandırıb.

Əvvəlki məqaləNATO və ABŞ Rusiyaya xəbərdarlıq edib: “Ukraynaya müdaxilə olarsa, bunun ağır nəticələri də olacaq”
Növbəti məqalədəAqil Hümbətovun həyat yoldaşı: “Deyir ki, betonun üstə yatıram, səsimi də çıxaran kimi həbsxana yoldaşlarımı cəzalandırırlar”