Türkiyədə yeni maliyyə naziri vəzifəsinə Nurəddin Nəbati seçilib

Ötən gün istefa verən Türkiyə xəzinə və maliyyə naziri Lütfi Elvanın bu tələbi qəbul edilib.

Onun yerinə bu vəzifəyə isə Nurəddin Nəbati təyin olunub.

Qərar “Rəsmi Gazete”də dərc olunub.

Nəbati 2014-2015-ci illərdə Mərkəzi İcra Şurasının üzvü kimi Türkiyədə hakim Ədalət və İnkişaf partiyasının (AKP) Baş İdarəsinin Maliyyə və İnzibati işlər şöbəsinin müdiri və vitse-prezident vəzifələrində çalışıb. O, Türkiyə Böyük Millət Məclisinin 24-cü çağırışında İstanbul və 25-ci çağırışında Şanlıurfadan millət vəkili seçilib.

Nəbati yeni vəzifəsinə təyin edilmədən əvvəl Maliyyə nazirinin müavini olub.

Əvvəlki məqaləTramp yenidən prezidentliyə namizəd olmağı düşünür
Növbəti məqalədəNobel sülh mükafatçısını 100 il həbs gözləyir