Əfqanıstanda qadınlar iş və təhsil hüquqlarının pozulmasına görə yenə aksiya ediblər

Əfqanıstanda qadınlar növbəti dəfə təhsil və iş hüququnun pozulmasına görə etiraz aksiyası keçiriblər. 

Paytaxtda, Kabil Universitetinin qarşısında keçirilən aksiyada 20-ə yaxın qadın iştirak edib. Aksiyada qadınlar “Bərabərlik və ədalət!”, “Qadın hüquqları, insan hüquqları” şüarları səsləndiriblər.

Bir müddət sonra Taliban silahlıları bibər qazından istifadə edərək aksiyanı dağıdıblar.

Qadınlardan biri Taliban silahlılarına “özünüzdən utanın” dediyinə görə, silahlılardan biri onu hədəfə alıb, ancaq vurmayıb. O, ölümlə hədələnib.

Digər tərəfdən, Kabildə Taliban silahlıların hədəf alan bombalı hücumda 1 uşaq həyatını itirib. Talibanın 4 silahlısı isə yaralanıb. Bildirilib ki, hücumu daha əvvəl də Talibanı terror hücumları ilə hədəfə alan İŞİD silahlı qruplaşması həyata keçirib.

Əvvəlki məqaləMN: “Əsgər silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub”
Növbəti məqalədəİntihar etdiyi deyilən 8 yaşlı Fərəhin anası prezidentə müraciət edib, qızının pəncərədən atıldığını deyir