2022-ci ildə ATƏT-in sədri Polşa seçilib

Yanvarın 1-dən Polşa Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrliyi İsveçdən təhvil alıb.

Polşa bu gündən etibarən 1 il müddətinə bu beynəlxalq təşkilatda koordinator funksiyasını yerinə yetirəcək.

Polşanın Baş naziri Mateuş Moravietskinin sözlərinə görə, ölkəsi hər hansı təhdidlər qeydə alınarsa, Aİ və NATO-dakı tərəfdaşlara müvafiq siqnallar göndərməklə, dünyanın bu hissəsində sülh və təhlükəsizliyin qeydinə qalmaq üçün hər şeyi edəcək.

Polşanın ATƏT-ə sədrliyinin tam proqramı yanvar ayında Vyana şəhərində təqdim olunacaq.

Əvvəlki məqaləArif Əliyev: “Qanunla bağlı Prezidentə müraciət edəcəyik”
Növbəti məqalədəRusiyada avtomobillərə texniki baxışı ləğv etdilər