ATƏT-in fəaliyyətdə olan sədri sərhəddə baş verənlərdən narahat olduğunu deyir

ATƏT-in fəaliyyətdə olan sədrliyi Ermənistan-Azərbaycan sərhədi boyunca toqquşmaların bərpası və bu zorakılığın insan tələfatına səbəb olması ilə əlaqədar dərin narahatlığını ifadə edir.

Bu barədə ATƏT-in saytında dərc olunmuş bəyanatda deyilir.

“Güc tətbiqindən çəkinməyə və bu yaxınlarda başlanmış məzmunlu siyasi dialoqu davam etdirməyə çağırırıq.

Polşa ATƏT-in sədri qismində regionda möhkəm sülhün bərqərar olmasına və davamlı inkişafa dəstəyə yönələn səylərin bərpası və möhkəmləndirilməsi üçün tərəfdaşlarla işə sadiqdir.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu istiqamətdə səylərini dəstəkləyirik. Biz həmçinin ATƏT-in fəaliyyətdə olan polşalı sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşikin davam etdirdiyi işə qəti dəstəyimizi bir daha bəyan edirik”.

Əvvəlki məqaləJurnalist təşkilatları aclıq aksiyasını davam etdirən Polad Aslanovun hüquqlarının pozulmasını pisləyiblər
Növbəti məqalədəBaş Prokurorluq həkimləri saxta əlillik dərəcəsi verməkdə ittiham edir