Avropa İttifaqı: “Sərhəddəki son hadisələr göstərir ki, hər iki ölkə arasında etimadın möhkəmləndirilməsi üçün addımlar atılmalıdır”

“Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələr iki ölkə arasında etimadın möhkəmləndirilməsi üçün tədbirlərin görülməsi zərurətini bir daha təsdiq edir”.

Bunu Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarının mətbuat katibi Peter Stano öz tviter hesabında yazıb.

“Aİ hər iki tərəf ilə hərtərəfli həllin əldə olunması üzərində çalışır”, – paylaşımda deyilir.

Yanvarın 11-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində insident baş verib. Lokal döyüşlərdə həm Azərbaycan, həm də Ermənistan ordusu itkilər verib. Tərəflər bir-birlərini təxribat törətməkdə ittiham ediblər.

Hər iki ölkənin Müdafə Nazirliklərinin yaydığı son məlumatlara görə, sərhəddə hələlik nisbi sakitlik hökm sürür.

Əvvəlki məqalə2021-ci ildə 195 min insan Avropa İttifaqına qeyri-qanuni yollarla daxil olub
Növbəti məqalədəBMT və Amnesty İnternational Qazaxıstanda baş verən qətllərin dərhal araşdırılmasını tələb edib