Avropa Məhkəməsi Nikol Paşinyanın Ermənistanla bağlı şikayəti üzrə qərarını elan edib

Nikol Paşinyan.

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) yanvarın 18-də Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistana qarşı işi üzrə qərarını elan edib.

Bu barədə hüquqşünas Xalid Ağəli məlumat verib.

Xalid Ağəlinin sözlərinə görə, AİHM hesab edib ki, Paşinyanın azadlıq və toxunulmazlıq, eləcə də birləşmək hüququna müdaxilə baş verib, ancaq Baş nazir tələb etmədiyindən, məhkəmə təzminat müəyyən etməyib.

Bu məhkəmə işi 2007-ci ildə Ermənistanın keçmiş prezidenti Ter-Petrosyan-ın seçki kampaniyasında aktiv iştirakına görə Paşinyana cinayət işi açılması, saxlanılması, azadlıqdan məhrum edilməsi ilə bağlı olub.

Əvvəlki məqaləİşğaldan azad olunmuş ərazilərə hər şəxs ildə yalnız bir dəfə səfər edə biləcək
Növbəti məqalədəMaltalı deputat Roberta Metsola Avropa Parlamentinin yeni prezidenti seçilib