Avropa Parlamentinin rəhbəri David Sassoli vəfat edib

Avropa Parlamentinin prezidenti, tanınmış siyasətçi və jurnalist David Sassoli vəfat edib.

O, İtaliyada 66 yaşında dünyasını dəyişib. David Sassolinin mətbuat katibi xəbəri təsdiqləyib. İlkin məlumata görə, Avropa Parlamenti rəhbərinin ölümünə immun sistemi pozğunluğu səbəb olub.

Sassolinin mətbuat katibi Roberto Kuilyo Avropa Parlamentinin prezidentinin İtaliyanın Aviano şəhərində, yerləşdirildiyi Onkologiya Mərkəzində yerli vaxtla saat 01:15-də (Bakı vaxtı ilə saat 04:15-də-red) vəfat etdiyini bildirib. O, qeyd edib ki, Sassolinin dəfn mərasininin vaxtı yaxın saatlarda açıqlanacaq.

Kuilyo bazar ertəsi Sassolinin immun sistemi pozğunluğu ilə əlaqədar dekabrın 26-da İtaliyada xəstəxanaya yerləşdirildiyini bildirib.

O, ötən ilin sentyabrında pnevmaniya səbəbindən Strasburqda xəstəxanaya yerləşdirilmişdi. Həkimlər David Sassolinin vəziyyətini normal qiymətləndirdilər. Müayinə nəticəsində ona pnevmaniya diaqnozu qoyulmuşdu, sonra müvafiq müalicə keçirilmişdi. Sassoli Avropa Parlamentinin plenar sessiyası zamanı xəstəxanaya aparılmışdı.

O, Avropa Şurasını Qarabağ probleminin həllinə səy göstərmədiyinə görə tənqid etmişdi.

MƏNBƏReport.az
Əvvəlki məqaləHəbsxanada aclıq edən jurnalistin etiraz olaraq qolunu doğradığı deyilir
Növbəti məqalədəTaliban Əfqanıstanda dirənişin liderləri ilə görüşüb