Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

Əmin Rəsulzadənin anadan olmasından 138 il ötür. O, 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

Məhəmməd Əmin Rəsulzadə təhsilini başa vurduqdan sonra, 1917-ci ilin payızında Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçilib.

1918-ci il 28 may günü isə Azərbaycan Respublikasını elan edir və azərbaycanlılar da bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi.

Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşib. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.

Əvvəlki məqaləXədicə İsmayıl: “Mən müharibə tərəfdarı deyiləm, işğalın və nifrət nitqinin də əleyhinəyəm”
Növbəti məqalədəAvropa İttifaqı Rusiya qazından imtina edilərsə Azərbaycandan qaz tədarükü ilə bağlı danışıqlar aparır