Çində doğumlar rekord həddə azalıb

Çində 2021-ci ildə də doğumlarda kəskin azalma olub. 

Bu barədə Çinin Milli Statistika Ofisi məlumat yayıb. Məlumata görə, 2021-ci ildə doğum hallarınının faizi 7,52 faiz olub ki, bu da 1949-ci ildən bu günə qədər görülən ən aşağı rəqəmlərdir.

Yəni, 2021-ci ildə yeni doğum halları əvvəlki illə müqayisədə 2 milyon azalıb. 2021-ci dilə Çində 10 milyon 621 min körpə dünyaya göz açıb. Bu rəqəm 2020-ci ildə 12 milyon olub.

Çin hökuməti əhalinin demoqrafik göstəricisinin yüksək olmasına görə uzun illərdir tətbiq olunan 2-ci uşaq qadağasını 2016-ci ildə ləğv edib, 2-ci uşağın da doğulmasına razılıq vermişdi. Daha sonra, 2021-ci ildə 3-cü uşağa da icazə verilib.

Bununla bərabər olaraq, 3 uşaq sahibi olan ailələrə maliyyə yardımları, güzəştlər nəzərdə tutulub.

Ancaq bu da azalan doğum hallarını artırmayıb. Mütəxəssislər hesab edirlər ki, doğum hallarının azalmasına səbəb iqtisadi çətinliklərdir.

Əvvəlki məqaləİngiltərə Ukrayna ordusunu tank əleyhinə müdafiə sistemləri ilə təmin edəcək
Növbəti məqalədəNew York Times: “Rusiya Ukraynadakı diplomatlarını ölkədən çıxarır”