Koronavirusa yoluxanların karantində qalma müddəti 14 gündən 7 günə düşürülür

Azərbaycanda koronavirusa yoluxanların karantin müddəti azaldılır.

Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

Qeyd olunub ki, SARS-CoV-2 PZR test nəticəsi “müsbət” olan şəxslərin və onların müəyyən olunmuş “sıx təmaslı”larının təcrid (karantin) müddəti ölkəmizdə 24 yanvar 2022-ci il tarixindən etibarən 14 gündən 7 günə azaldılır.

Bildirilib ki, qərar beynəlxaq təcrübəyə uyğun olaraq bütün mümkün ehtimallar nəzərə alınaraq verilib.

Bu günlərdə Azərbaycanın səhiyyə naziri Teymur Musayev açıqlama verərək bildirmişdi ki, ölkədə koronavirusun “Omricon” ştammına yoluxma sürətlə artır.

Əvvəlki məqaləMəişət zorakılığına görə cəzaların sərtləşdiriləcəyi deyilir
Növbəti məqalədəAvropa İnsan Haqları Məhkəməsi şikayət üçün nəzərdə tutulan müddəti azaldıb